Baş məşqçi Tərlan Əhmədovla yollarını ayıran “Neftçi” ona xələf axtarışını davam etdirir. Hələlik ən real namizəd rumın Marius Şumuditsadı. Onunla sabah növbəti görüş keçiriləcək. Razılıq əldə edilməyəcəyi halda digər variantlara baxılacaq.
 
Bakı klubunda islahat dalğası isə bitməyib. Bu gün klub akademiyasının məşqçilər heyətinin əksəriyyəti işini itirəcək, yeni təyinatlar olacaq. Əvvəlki rəhbərliyin vaxtında kortəbii olaraq işə götürülən bir çox məşqçilərin yarıtmaz işi sayəsində “Neftçi”nin aşağı yaş qrupundan olan komandaları mövsümü uğursuz başa vurdu. İndi onların fəaliyyətinə qiymət vermək vaxtıdı.
 
“Neftçi” əvəzedici komandasında işləri qaydasına qoymalıdı. Mövsümü 7-ci pillədə başa vuran baş məşqçi Vadar Nuriyev istefaya göndərilib, əvəzedici axtarılır. Güman ki, son iş yeri “Səbail” olan Füzuli Məmmədov ona xələf olacaq.
Shares: