Azərbaycanın U-21 millisinin və Türkiyənin “Bursaspor” klubunun yarımmüdafiəçisi Özan Can Kökçü karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolinfo.az xəbər verir ki, 19 yaşlı oyunçunun xidmətində “Qarabağ” maraqlıdı. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Lakin onun “Bursaspor”da qalmaq variantı da var. Komandanın yeni baş məşqçisi Samet Aybaba icarədə olmuş gənc futbolçuları heyətə qaytarmaq niyyətindədi. 

Məlumatda Kökcü ilə Hollandiyanın “Feyenoord” klubunun da maraqlandığı bildirilir.

Qeyd edək ki, gənc futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında Hollandiyanın “Valveyk” klubunda keçirib.

Shares: