"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun yeni iş yeri müəyyənləşib. 53 yaşlı ukraynalı mütəxəssisin Qazaxıstanın "Astana" klubunun yeni baş məşqçisi olması rəsmiləşib.
 
Paytaxt təmsilçisi bugündən Qriqorçukun yeni çalışdırıcısı olmasını rəsmən açıqlayıb. Ancaq onunla müqavilənin detalları gizli saxlanılır.
 
Xatırladaq ki, "Qəbələ"ylə müqaviləsi cari mövsümün sonunadək bitən və qarşılıqlı razılıqla uzadılmayan Qriqorçukun "Astana" variantı hələ qış fasiləsində vardı.
Shares: