“Zirə” müqavilə müddəti başa çatan futbolçularla danışıqları davam etdirir. Belə oyunçulardan daha ikisinin taleyinə aydınlıq gəlib.
 
Söhbət müdafiəçi Sadiq Quliyev və yarımmüdafiəçi Vüqar Mustafayevdən gedir. Paytaxt təmsilçisi ilə anlaşması bitən hər iki yerli futbolçu rəhbərliyin yeni müqavilə təklifini qəbul edib. Həm Sadiq, həm də Vüqar bakılılarla yeni 1 illik sazişə qol çəkəcək.
 
Onlardan əvvəl isə Mirsahib Abbasov, Anar Nəzirov, Kamal Bayramov və baş məşqçi Ayxan Abbasov anlaşma müddətini uzatmışdı (apasport.az).
 
Qeyd edək ki, “Zirə” mövsüm başa çatan kimi, Yani Urdinov, Comal Evans Uilyams, Elşən Abdullayev, Yovan Krneta, Milan Duriç, Viktor İqbekoyi, Orxan Əliyev və Aleksandr Şemonayevlə yollarını ayırıb.
Shares: