Zinəddin Zidanın “Real”dan gözlənilməz gedişinin səbəbləri məlum olub. Fransız mütəxəssis klub prezidenti Florentino Peresin onun işini müdaxiləsinə görə istefa verib.
 
İspaniyalı jurnalistlərin fikrincə, Peresin Zidanın razılığı olmadan “Atletik”dən Kepe Arrisabalaqa, “Bavariya”dan Robert Levandovski və PSJ-dən Neymarı transfer etmək cəhdləri baş məşqçini özündən çıxarıb. Çünki Zidan həmin futbolçuların keçidində maraqlı olmayıb.
 
Bundan başqa, Kriştianu Ronaldo və Qaret Beylin komandakı gələcək taleyinin sual altında olması, əvəzində Maurisio Poçettino və Yoahim Löv kimi məşqçilərin adlarının klubla birgə hallanması da Zidanın qərarına təsir edib.
 
Zidan dünən keçirilən mətbuat konfransında istefa verdiyini açıqlayıb. Hazırda Madrid klubunun başına kimin keçəcəyi müzakirə mövzusudu. Xarici mətbuatda bu posta ən real 5 namizədin adını açıqlanıb: Maurisio Poçettino ("Tottenhem"), Yoham Löv (Almaniya millisi), Antonio Konte ("Çelsi"), Quti ("Real"ın U-19 komandası), Arsen Venger ("Arsenal"ın sabiq baş məşqçisi).
Shares: