Qazaxıstan millisinin və “Astana” klubunun qapıçısı Nenad Erikin futbolinfo.az saytına müsahibəsi
 
– Azərbaycan yığması ilə qarşıdakı görüş haqqında nə düşünürsünüz?
– Azərbaycan yığması ilə çox maraqlı görüş olacaq. Rəqib yaxşı oyunçulara sahib güclü komandadır. Bizim üçün çətin oyun olacaq. Baxmayaraq ki, doğma meydanda oynayacağıq. Son seçmə mərhələdən Azərbaycan yığmasını xatırlayıram. Robert Prosineçkinin rəhbərliyi altında yaxşı oyun oynamışdılar. Baxımlı futbol göstərmişdilər, həm də turnirə yaxşı start vermişdilər.
 
– Azərbaycan – Qırğızıstan yoxlama görüşünü izlədinizmi?
– Yox, izləyə bilmədim. Sadəcə, oyundan sonra hesaba baxdım və gördüm ki, Azərbaycan yığması böyükhesablı qələbə qazanıb. Azərbaycanlı futbolçuları o qədər də yaxşı tanımıram. Bəzilərinin adlarını eşitmişəm. Azərbaycan Premyer Liqası haqqında məlumatlıyam, yaxşı çempionatdı. Bunun səbəbi kimi klublarınızın Avropada çıxışını misal göstərmək olar. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində oynadı. Prosineçki də milli ilə uğurlu çıxışın mümkünlüyünü göstərdi.
 
– Bilirsinizmi ki, Azərbaycan millisinin başında artıq Robert Prosineçki deyil. Qurban Qurbanov yığmanın baş məşqçisidir. O, həmçinin “Qarabağ”da işləyir.
– Bundan xəbərim yoxdur. Onun haqqında heç nə bilmirəm.
 
– Sizcə, Azərbaycan millisi Millətlər Liqasında uğur qazana bilər?
– Düşünürəm ki, bunun üçün onların yetəri qədər imkanı var. Komanda olaraq güclü heyətə malikdir və Millətlər Liqasında uğur qazanmağa yaxındırlar.
 
– Yeri gəlmişkən, 2011-ci ildən çıxış etdiyin “Astana”nın yeni baş məşqçisi Azərbaycanda işləmiş, “Qəbələ”nin baş məşqçisi kimi çalışmış Roman Qriqorçuk oldu…
– Onun Azərbaycanda işlədiyini bilirəm. Bu gün oxudum ki, komandamızın yeni baş məşqçisi təyin edilib.
 
– Heç onun haqqında eşitmişdinizmi?
– Yox, ilk dəfə idi onun haqqında hansısa xəbər oxuyurdum.
 
FƏRİD
Shares: