“Deportivo”nun və Türkiyə millisininü üzvü Əmrə Çolak karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, 27 yaşlı futbolçu bu ölkənin “Əl Vahda” klubuyla 3 illik müqavilə bağlayıb. Bu barədə məlumatı Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuat xidməti yayıb. Əmrə yeni klubunda ilinə 4 milyon avro qazanacaq.

Xatırladaq ki, yarımmüdafiəçi 2016-cı ildə “Qalatasaray”dan “Deportivo”ya transfer olmuşdu. La Korunya təmsilçisi son mövsümdə La Liqanı tərk edib.

Shares: