Türkiyənin “Osmanlıspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Mustafa Reşit Akçay ilə anlaşıb. Bu barədə klubun baş meneceri Ender Yurtgüven açıqlama verib. O, sözügedən mütəxəssislə 3 illik müqaviləyə dair razılığa gəldiklərini bəyan edib.

Qeyd edək ki, Akçay, 2015/16 mövsümündə də bu komandan çalışdırıb. Həmin mövsüm “Osmanlıspor” Super Liqanı 5-ci pillədə başa vuraraq, Avropa Liqasına vəsiqə qazanmışdı. 

Son mövsümdə isə bu komanda Super Liqanı 18 komanda arasında 16-cı pillədə başa vurmaqla TFF 1-ci liqaya düşüb.

Shares: