İyunun 5-də Astanada Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək Qazaxıstan millisinin baş məşqçisi Stanimir Stoilov mətbuat konfransı keçirib.

Futbolinfo.az xəbər verir ki, Stoilov millimizin maraqlı futbol sərgilədiyini deyib: 

"Bütün futbolçularımız indi yaxşı vəziyyətdədilər. Millətlər Liqası öncəsi hansı durumda olduğumuzu görmək baxımından önəmli vaxtdı. Azərbaycan oyun üslubuna görə Gürcüstana bənzəyir ki, bu, çox vacib amildi. Çünki gürcülərlə Millətlər Liqasında üz-üzə gələcəyik. Azərbaycanlı futbolçular da onlar kimi, kombinasiyalı oyun göstərirlər. Qarşıdakı matçlarda inkişaf etmək lazımdı. Azərbaycanla qarşılaşmağımız yaxşıdı. Çünki bu komanda maraqlı futbol sərgiləyir".

Shares: