“Qəbələ”nin yay hazırlıq proqramı müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bu barədə apasport.az saytına açıqlamasında komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib.
O bildirib ki, “qırmızı-qaralar” iyunun 12-də bir araya gələcək. Ayın 18-dək Qəbələdə hazırlıq keçəcək Premyer Liqanın gümüş mükafatçısı futbolçulara bir günlük istirahət verəcək. İyunun 20-də isə komanda toplanışın ikinci mərhələsi üçün ölkə xaricinə yollanacaq.
Lakin “Qəbələ”nin hansı ölkəyə gedəcəyi bəlli deyil. Baş məşqçi Gürcüstan, Sloveniya və Türkiyə variantları arasında seçim edəcəklərini söyləyib. Yeni çalışdırıcı 4 yoxlama görüşündə yetirmələrini sınamağı planlaşdırır.