Rusiyalı milyarder Roman Abramoviç İngiltərənin “Çelsi” klubunu satmağa hazırlaşır.

Futbolinfo.az xəbər verir ki, belə bir iddianı “The Times” nəşri ortaya atıb. O, sahibi olduğu kluba 1,2 milyard avro qiymət qoyub.

Artıq “Çelsi”nin tikilməsi planlaşdırılan stadion layihəsi dayandırılıb.

Abramoviç həmçinin Böyük Britaniyada yarım ilədək qalmasına imkan verən İsrail vətəndaşlığını aldıqdan sonra sərmayə vizasının uzadılmasına dair ərizəsini geri götürüb.

Shares: