Futbol üzrə Serbiya yığmasının DÇ-2018-i qazanacağı halda əldə edəcəyi mükafatın məbləği açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda bu ay Rusiyada start götürəcək mundialın qalibi olacağı halda 10 milyon avroluq mükafata layiq görüləcək.
Bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç bu gün futbolçu və məşqçi heyəti ilə görüşü zamanı məlumat verib.
“Biz rekord mükafat müəyyənləşdirdik. İndiyə qədər əldə edə bilmədiyimiz dünya çempionluğu sizə 10 milyon avro mükafat da qazandıra bilər. Bütün Serbiya, hər bir ölkə vətəndaşı bütün qəlbi ilə sizinlə birgə olacaq. Sizdən əla nəticələr gözləyirəm. Gücünüzə, komanda ruhuna, döyüş qabiliyyətinizə, biliklərinizə, ölkənizə olan sevginizə və bunun üçün hər şeyə hazır olduğunuza inanıram”.
Serbiya prezidenti bildirib ki, mükafat yalnız dünya çempionluğu üçün təyin olunmayıb. Belə ki, finala vəsiqə qazanacaqları halda, bu komandaya 5 milyon avro mükafat veriləcək. Qrupdan çıxmağın mükafatı isə 500 min avro olacaq.