Futbol üzrə Serbiya yığmasının bu ay Rusiyada start götürəcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, sözügedən komanda DÇ-2018-ə aşağıdakı 23 futbolçu ilə yollanacaq:

Qapıçılar: Vladimir Stoykoviç (“Partizan”), Marko Dmitroviç (“Eybar”, İspaniya), Predraq Raykoviç (“Makkabi”, Təl-Əviv, İsrail);

Müdafiəçilər: Antonio Rukavina (“Vilyarreal”, İspaniya), Aleksandr Kolarov (“Roma”, İtaliya), Milan Rodiç (“Srvena Zvezda”), İvanoviç (“Zenit”, Rusiya), Spaiç (“Krasnodar”, Rusiya), Duşko Toşiç (“Quançjou”, Çin), Miloş Velkoviç (“Verder”, Almaniya), Nikola Milenkoviç (“Fiorentina”, İtaliya);

Yarımmüdafiəçilər: Luka Milivoyeviç (“Kristall Pelas”, İngiltərə), Nemanya Matiç (“Mançester Yunayted”, İngiltərə), Marko Qruiç (“Liverpul”, İngiltərə), Adam Lyayiç (“Torino”, İtaliya), Sergey Milinkoviç-Saviç (“Latsio”, İtaliya), Duşan Tadiç (“Sauthempton”, İngiltərə), Filip Kostiç (“Hamburq”, Almaniya), Andrea Jivkoviç (“Benfika”, Portuqaliya), Nemanya Radonyiç (“Srvena Zvezda”);

Hücumçular: Aleksandr Mitroviç (“Fulhem”, İngiltərə), Aleksandr Priyoviç (PAOK, Yunanıstan), Luka Yoviç (“Ayntraxt”, Almaniya).

Serbiya yığması DÇ-2018-də Kosta-Rika (17 iyun), İsveçrə (22 iyun) və Braziliya (27 iyun) ilə bir qrupda mübarizə aparacaq.

Shares: