Bu gün dünyanın yaşıl meydanlarında milli komandalar arasında bir neçə yoldaşlıq görüşü keçiriib.
Futbolinfo.az xəbər verir ki, günün ən maraqlı oyunlarından biri Nitsa şəhərində baş tutub. “Alyans Rivera” stadionunda qarşıdan gələn dünya çempionatının əsas favoritlərindən Fransa millisi gözlənilmədən mundialdan kənarda qalan İtaliya yığmasını qəbul edib. Dörd qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb.
Türkiyə seçməsi Tunislə üz-üzə gəlib. Bu oyunda da qapılara 4 qol vurulub, lakin qalib müəyyənləşməyib.
Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqiblərindən Malta millisi də yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Maltalılar Gürcüstanla üz-üzə gəliblər və məğlubiyyətlə üzləşiblər.
Yoldaşlıq oyunları
1 iyun
Avstraliya – Çexiya 4:0
Cənubi Koreya – Bosniya və Herseqovina 1:3
Hindistan – Taypey 5:0
Gürcüstan – Malta 1:0
Tunis – Türkiyə 2:2
Fransa – İtaliya 3:1
Misir – Kolumbiya 0:0
Anqola – Malavi 0:0
Botsvana – Mavriki – 6:0