“Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson xəstəxanadan evə buraxılıb. 76 yaşlı mütəxəssis bundan sonra müalicəsini evdə davam etdirəcək.
 
Ferqyuson ümid edir ki, yeni mövsümün startından etibarən “Old Trafford” stadionunda “Mançester Yunayted”in ev oyunlarını izləyə biləcək. Bununla yanaşı, o, Rusiyada keçiriləcək dünya çempionatına tamaşa etməyi də planlaşdırır.
 
“Hamı bilir ki, Ser Aleks qalib ruhlu biridi. Bu, onun məğlubiyyətlə barışmadığı növbəti qarşıdurması idi. O, yenidən ayağa qalxdı və şükürlər olsun ki, artıq xəstəxananı tərk edir. Həkimlərin proqnozları ürəkaçandı. Ferqyusonun oyunları yenidən “Old Trafford”da izləməsi üçün o qədər də çox zamana ehtiyacı yoxdu” – deyə, Aleks Ferqyusona yaxın mənbə bildirib.
 
Qeyd edək ki, Aleks Ferqyuson beyin qansızması keçirmişdi.
Shares: