"Qəbələ"dən ayrılan Filip Ozobiçin yeni klubu dəqiqləşib. Bölgə təmsilçisi ilə anlaşa bilməyən xorvat Azərbaycanda qalacaq.
 
Futbolinfo.az-ın xeyli əvvəl verdiyi xəbər təsdiqlənir. Çünki Ozobiç “Qarabağ”la razılığa gəlib. 27 yaşlı futbolçu ölkəmizi Çempionlar Liqasında təmsil edəcək ağdamlılarla 1 illik sözləşmə imzalayıb.
 
Qeyd edək ki, Ozobiç 2016-cı ilin iyununda "Slaven Belupo"dan "Qəbələ"yə transfer olunub.  
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp