Azərbaycanın yeni FİFA referisi müəyyənləşib. Əliyar Ağayevin 1-ci kateqoriyaya yüksəlməsi ölkəmizə FIFA kateqoriyasında əlavə hakim mövqeyi təmin etməsə belə, növbəti FIFA referisi adına namizədlər arasında Rauf Cabbarovun adı göndəriləcək.
Futbol11.az-ın xəbərinə görə, Rauf Cabbarovun adı Rəhim Həsənovun yerinə göndəriləcək. Amma səhhətində problem yaranan Ömər Paşayevin oyunlara təyinat almaması ilə bağlı məsələ aktual olsa, Cabbarov Öməri əvəz edəcək.
Qeyd edək ki, Rauf Cabbarovun FİFA tərəfindən tələb olunan dil bacarıqları yüksək səviyyədədir. Onun ölkə kubokunun son finalına təyinat alması da karyerasındakı irəliləyişə işarə idi.