"Neftçi"dən göndərilən ikinci futbolçunun adı dəqiqləşib. Tərlan Əhmədovun baş məşqçi postundan gedişindən sonra karyerasını başa vura biləcəyini açıqlayan Rəşad Sadiqov indi arzusuna çata bilər.
 
Futbolinfo.az xəbər verir ki, müqaviləsi bitən yarımmüdafiəçiyə yeni təklif olunmayıb. O, indi gələcəyi ilə bağlı özü qərar verməlidi.
 
Çilili İqnasio Errera ilə də vidalaşan "Neftçi"ni tərk edən digər oyunçu Elnur Cəfərov olacaq. Keçmiş rəhbərliyin dövründə komandaya gətirilən, lakin heç bir fayda verməyən bu futbolçu yalnız kimlərinsə cibini doldurmaqla məşğul oldu. İndi isə o, himayədarının – meneceri Riad Rəfiyevin yanına tələsəcək. “Sumqayıt”a prezident təyin olunan bu şəxs komandanı gücləndirmək adı ilə müştərisini yanına aparacaq.
Shares: