"Səbail" yay fasiləsində növbəti transferini reallaşdırıb. Komandanın baş məşqçisi Aftandil Hacıyev keçidinin rəsmiləşdirdikləri 4-cü yeni futbolçunun Orxan Əliyev olduğunu bildirib.
 
Hacıyev 23 yaşlı hücumameylli yarımmüdafiəçi ilə1 illik müqavilə imzaladıqlarını söyləyib: "Son klubu "Zirə"dən ayrıldıqdan sonra sərbəst futbolçu idi və onu komandamıza cəlb etdik. Əliyevin ötən mövsümün ilk yarısında oynamamağı zədəylə bağlı idi. Qış fasiəsində normal məşqlər etdi. Mövsümün ikinci hissəsində tam sağalmışdı. Sadəcə, az şans qazanırdı. Ancaq ötən yay "Zirə"nin heyətində Avropa Liqasında oynayırdı. Orxan komandamıza lazım olan futboçludu və inanıram ki, bizə faydalı olacaq".
 
Qeyd edək ki, "Səbail" bunadək "Qarabağ"dan ayrılan yarımmüdafiəçilər Rahid Əmirquliyevlə Ağabala Ramazanovu və "Kəpəz"in kapitanı olan sol cinah müdafiəçisi Şəhriyar Rəhimovu transfer etdiyini rəsmən açıqlayıb.
Shares: