Adı “Neftçi” ilə yanaşı hallanan italiyalı mütəxəssis Canni De Byaziyə rəsmi təklif göndərilməyib. Bu barədə futbolinfo.az-a məşqçi özü məlumat verib.
 
O bildirib ki, vasitəçilər ondan “Neftçi”də işləmək istədiyini soruşsa da, klub tərəfindən heç bir təklif almayıb: “Məndən bir vasitəçi “Neftçi”dən təklif gəlsə, işləyə biləcəyimi soruşdu. Amma rəsmi olaraq heç nə yoxdur”.
Shares: