Füzuli Məmmədov seçim qarşısındadı. “Səbail”in uşaq komandasındakı işindən ayrılan məşqçi tezliklə qərarını verməlidi.
 
Futbolinfo.az xəbər verir ki, Məmmədov bu həftə “Neftçi”nin əvəzedici komandasına baş məşqçi təyin olunmalıydı. Vadar Nuriyevə xələf seçilən mütəxəssis son anda fikrini dəyişib və klub rəhbərliyindən vaxt istəyib.
 
Füzuli bəyin bu addımının səbəbi var. Belə ki, “Sumqayıt” əsas komandanın baş məşqçi postuna məhz onu gətirmək istəyir. Bu səbəbdən danışıqlar başlayıb və Məmmədov gözləməyi lazım bilib. Yeni həftənin ilk günü “Sumqayıt”ın yeni baş məşqçisi müəyyənləşəcək. Füzuli bəy digər namizədlərə – Elxan Abdullayevlə Vəli Qasımova uduzacağı halda yenidən “Neftçi” variantına qayıdacaq.
Shares: