2019/20 mövsümündən başlayaraq İspaniya kuboku fərqli formatda keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə məlumatı İspaniya Kral Futbol Federasiyası yayıb. 

Yeni qaydalara görə, komandalar 1/4 finala qədər cəmi bir dəfə üz-üzə gələcəklər. Yalnız 1/4 final və yarımfinal qarşılaşmalarında komandalar ev-səfər sistemi ilə mübarizə aparacaqlar.

Hazırkı formata görə, komandalar 1/16 final mərhələsindən başlayaraq 2 oyundan sonra qalibi müəyyənləşdirirlər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp