İspaniyanın “Leqanes” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, bundan sonra La Liqa təmsilçisini Maurisio Pelleqrino çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

46 yaşlı argentinalı mütəxəssisin son iş yeri İngiltərənin “Sauthempton” klubu olub.

“Leqanes”i isə son mövsümdə Asyer Qaritano çalışdırırdı. Lakin o, mövsüm bitən kimi “Real Sosyedad”a baş məşqçi təyin olundu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp