“Səbail” yay fasiləsində növbəti transferini reallaşdırıb.

Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin sıralarına cəlb etdiyi 4-cü yeni futbolçu Orxan Əliyevdi. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Əliyev son klubu “Zirə”dən ayrıldıqdan sonra sərbəst futbolçu idi.

“Səbail” daha öncə “Qarabağ”dan ayrılan yarımmüdafiəçilər Rahid Əmirquliyevlə Ağabala Ramazanovu və “Kəpəz”in kapitanı olan sol cinah müdafiəçisi Şəhriyar Rəhimovu transfer etmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp