Futbol üzrə Rumıniya yığmasının və “Roma”nın qapıçısı Boqdan Lobont futbolçu karyerasını başa vurub.
Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Yanvarda 40 yaşı tamam olan rumıniyalı qolkiper rəsmi açıqlamasında hər kəsə təşəkkür edib. O, bundan sonra da futbolda qalacağını söyləyib. Təbii ki, oyunçu kimi yox.
Qeyd edək ki, Lobont 2009-cu ildə Buxarest “Dinamo”sundan “Roma”ya transfer edilmişdi. O, daha öncə Hollandiyanın “Ayaks”, İtaliyanın “Fiorentina” klublarında da legioner həyatı yaşayıb. Ölkəsində isə “Dinamo”dan başqa yetirməsi olduğu “Korvunul” və “Rapid” klublarında oynayıb. Rumıniya yığmasında 85 oyun keçirib.