Futbol üzrə Tunis yığmasının bu ay Rusiyada start götürəcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, yığmanın məşqçilər korpusu DÇ-2018-ə bu 23 futbolçu ilə yollanmağa qərar veriblər:

Qapıçılar: Aymen Matluti (“Əl-Baten”, Səudiyyə Ərəbistanı), Faruk Ben-Mustafa (“Əl-Şabab”, Səudiyyə Ərəbistanı), Mue Assen (“Şatoru”, Fransa);

Müdafiəçilər: Həmdi Naqqez (“Zamalek”, Misir), Dilan Bronn (“Gent”, Belçika), Rami Bedui (“Setif”, Əlcəzair), Yoan Benaluan (“Lester”, İngiltərə), Siam Ben-Yussef (“Kasımpaşa”, Türkiyə), Yassin Meriya (“Sfaksen”), Ussama Haddadi (“Dijon”, Fransa), Əli Maalul (“Əl-Əhli”, Misir);

Yarımmüdafiəçilər: Elye Skiri (“Monpelye”, Fransa), Məhəmməd Amin Ben-Amor (“Əl-Əhli”, Səudiyyə Ərəbistanı), Gilan Şalali (“Esperans”), Fertani Sassi (“Əl-Nəsr”, Səudiyyə Ərəbistanı), Əhməd Xəlil (“Afriken”), Saifeddin Haui (“Trua”, Fransa);

Hücumçular: Faxreddin Ben-Yussef (“Əl-İttifaq”, Səudiyyə Ərəbistanı), Vahbi Xəzri (“Renn”, Fransa), Anis Badri (“Esperans”), Bassem Srarfi (“Nitsa”, Fransa), Nais Sliti (“Dijon”, Fransa), Saber Xelifa (“Afriken”).

Tunis yığması mundialda G qrupunda İngiltərə (18 iyun), Belçika (23 iyun) və Panamaya (28 iyun) qarşı mübarizə aparacaq.

Shares: