İspaniyanın “Real” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo komandada qalmaq üçün şərtlərini açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, portuqaliyalı hücumçu Madrid klubunda qalmaq üçün məvacibinin artırılmasını tələb edir. O, bununla yanaşı, ən azı 3 illik müqavilə də bağlanmasını istəyir. Bu barədə məlumatı “Corriere dello Sport” yayıb.

Portuqal futbolçu agenti Jorje Mendeşə bildirib ki, şərtini “Real”ın prezidenti Florentino Peresə çatdırsın. O, məvacibinin 4 dəfə artırılmasını istəyir.

Kriştiano hazırda ilə 21 milyon avro məvacib alır. Onun şərti qəbul edilsə, məvacibi 80 milyon avrodan yuxarı olacaq.

Futbolçunun ən azı 3 illik müqavilə tələb etdiyini nəzərə alsaq, 3 ildə 240 milyon avrodan yuxarı qazanc əldə edəcək.

Bir müddət əvvəl məlumat yayılmışdı ki, Ronaldonun xidmətində PSJ maraqlıdı və ona illik 45 milyon avro məvacib təklif edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp