Futbol üzrə Nigeriya yığmasının da DÇ-2018 üçün yekun heyəti məlum olub.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Gernot Rohr dünya çempionatında aşağıdakı 23 futbolçunun xidmətindən yararlanmaq qərarına gəlib:

Qapıçılar: Fransiz Uzoho (“Deportivo”), İkeçukvu Ezenva (“Enyimba”), Daniel Akpeyi (“Çippa Yunayted”);

Müdafiəçilər: Villiam Troost-Ekonq, Abdullahi Şehu (hər ikisi “Bursaspor”), Tyronne Ebuehi (“Den Haaq”), Elderson Eçiejile (“Serkl Brugge”), Brayan İdovu (“Amkar”), Çidozie Avaziem (“Nant”), Leon Baloqun (“Brayton”), Kennet Omeruo (“Çelsi”/”Kasımpaşa”);

Yarımmüdafiəçilər: Con Obi Mikel (“Tianjin Teda”), Oqenyi Onazi (“Trabzonspor”), Vilfred Ndidi (“Lester Siti”), Oqenekaro Etebo (“Las Palmas”), Con Oqu (“Hapoel”, Beer Şeva), Joel Obi (“Torino”);

Hücumçular: Ahmed Musa (ÇSKA, Moskva), Keleçi İheanaço (“Lester Siti”), Viktor Mozes (“Çelsi”), Odion İqalo (“Çanqçun Yatai”), Aleks İvobi (“Arsenal”), Simeon Nvankvo (“Krotone”).

Nigeriya yığması mundialda Argentina, İslandiya və Xorvatiya ilə birgə D qrupunda mübarizə aparacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp