Futbol üzrə Uruqvay yığmasının DÇ-2018 üçün yekun heyəti müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Oskar Tabares Rusiyada keçiriləcək dünya çempionatına bu 23 futbolçu ilə yollanmağa qərar verib:

Qapıçılar: Fernando Muslera (“Qalatasaray”), Martin Silva (“Vasko da Qama”), Martin Kampana (“İndependyente”);

Müdafiəçilər: Dieqo Qodin, Xose Mariya Ximenes (“Atletiko”, Madrid), Sebastyan Koates (“Sportinq”, Lissabon), Maksimiliano Pereyra (“Portu”), Qaston Silva (“İndependyente”), Martin Kaseres (“Latsio”), Gilyermo Varela (“Penyarol”);

Yarımmüdafiəçilər: Nahitan Nandes (“Boka Xuniors”), Lukas Torreyra, Matias Vesino (hər ikisi “İnter”), Rodriqo Bentankur (“Yuventus”), Karlos Sançes, Giorgian De Arraskaeta (“Kruzeyro”), Dieqo Laksalt (“Cenoa”), Kristian Rodriqes (“Penyarol”);

Hücumçular: Kristian Stuani (“Jirona”), Maksimiliano Qomes (“Selta”), Conatan Urretaviskaya (“Monterrey”), Edinson Kavani (PSJ), Luis Suares (“Barselona”).

Uruqvay yığması mundialda Rusiya, Səudiyyə Ərəbistanı və Misirlə birgə A qrupunda mübarizə aparacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp