Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilmiş Panama – Tunis matçının ən yaxşı oyunçusu müəyyənləşib. 

Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Tunis yığmasının yarımmüdafiəçisi Fəxrəddin Ben Yussef seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Tunis yığması bu oyunda 2:1 hesabıyla qalib gəlib. Komandasının ilk qolunu da məhz Ben Yussef rəqib qapısından keçirib.

Shares: