Türkiyənin “Göztəpə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi seneqallı müdafiəçi Lamine Qassamanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Seneqal yığması ilə Rusiyada təşkil olunmuş dünya çempionatında da iştirak edən Qassama ilə 3 illik müqavilə imzalanıb. 28 yaşlı futbolçu millinin düşərgəsindən ayrıldıqdan sonra yeni klubunun hazırlıq prosesinə qoşulacaq.

“Göztəpə” bu transferi maraqlı bir açıqlama ilə bəyan edib. Belə ki, klubun sosial şəbəkə hesabında bu sözlər qeyd olunub: “Biz də yeni transferimizi video ilə bəyan etmək istərdik. Ancaq o, hazırda TRT Spor ekranlarında ölkəsi üçün tər tökür”.

2016/17 mövsümünün əvvəlində “Alanyaspor”a transfer olunan seneqallı müdafiəçi bu komandanın heyətində 62 rəsmi oyuna çıxıb. Qassama daha öncə Fransanın “Olimpik” (Lion) və “Loryan” klublarında da forma geyinib.

Shares: