“Qarabağ”ın sabiq futbolçularından olan hollandiyalı Raydell Pupon özünə yeni klub tapıb.

Futbolinfo.az xəbər verir ki, o, yeni mövsümdən Türkiyənin “Qazişehir Qaziantep” klubunda forma geyinəcək. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Raydell TFF 1-ci liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Pupon son iki mövsümü TFF 1-ci liqanın digər təmsilçisi “Boluspor”da keçirib. O, bu komandanın heyətində bütövlükdə 36 qola imza atıb.

Xatırladaq ki, Raydell Pupon 2015/16 mövsümündə “Qarabağ”da çıxış edib və 15 oyuna 1 qolla yadda qalıb.

Shares: