İspaniyanın “Valensiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi Fransanın “Olimpik” (Lion) klubunda çıxış edən müdafiəçi Muktar Diakabini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
21 yaşlı fransalı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. “Valensiya” gənc oyunçunun transferinə görə 15 milyon avro xərcə düşüb. Amma bundan sonra Diakabini İspaniya klubundan almaq istəyən klub onun sərbəst agent olması üçün 100 milyon avrosundan keçməlidi.
Lion təmsilçisinin yetirməsi olan Diakabi 2016-cı ildən bu klubun əsas komandasında oynayırdı. Ötən mövsüm 21 oyuna çıxan müdafiəçi 2 qol da vurub.