Yeni mövsümə hazırlığını davam etdirən “Səbail” təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyədə keçəcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisinin qonşu ölkədə qalacağı otel və yoxlama görüşündə qarşılaşacağı bir rəqib bəlli olub.

İyulun 9-da Türkiyəyə yollanacaq bakılılar Kızılcahamamda “Çam Thermal Resort & Spa Hotel”də məskunlaşacaq. Baş məşqçi Aftandil Hacıyev yetirmələrini yerli komanda “Gənclərbirliyi” ilə görüşdə sınayacaq. Ötən mövsüm Super Liqanı tərk edən Ankara klubu ilə qarşılaşmanın tarixi hələlik açıqlanmayıb.

“Səbail” iki həftəlik Türkiyə toplanışı çərçivəsində 4 yoxlama matçı keçirməyi planlaşdırır.

Shares: