Türkiyənin “Beşiktaş” klubu qapıçısı Denis Boyko ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, ukraynalı futbolçu vətəninə qayıdıb. O, Kiyev “Dinamo”su ilə 5 illik müqaviləyə imza atıb. Bu barədə Ukrayna klubunun rəsmi saytı məlumat yayıb.

30 yaşlı qolkiper “Beşiktaş”a 2016-cı ilin yanvar ayında “Dnepr”dən 3.3 milyon avroya transfer edilmişdi. Lakin o, İstanbul klubunda cəmi 5 rəsmi matça çıxıb. Boyko ötən mövsümün ilk dövrəsini İspaniyanın “Malaqa” klubunda, ikinci dövrəsini isə Kiyev “Dinamo”sunda icarədə keçirib.

Shares: