Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Keşlə” Türkiyədə təlim-məşq toplanışını davam etdirir.

Futbolinfo.az xəbər verir ki, komanda bu gün plana uyğun olaraq gün ərzində iki dəfə məşq edib.

İyunun 30-da isə Keşlə təmsilçisi toplanış çərçivəsində ilk yoxlama matçına çıxacaq. Rəqib Bosniya və Herseqovina təmsilçisi “Çelik” (Zenitsa) komandası olacaq. Boluda baş tutacaq oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Shares: