Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Keşlə” Türkiyədə təlim-məşq toplanışını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Baş məşqçi Yuri Maksimov yetirmələrinin Bosniya və Herseqovina təmsilçisi “Çelik”lə (Zenitsa) oyunda sınaqdan keçirib.
Boluda baş tutan qarşılaşma "Keşlə"nin məğlubiyyəti ilə başa çatıb.
Yoxlama oyunu
30 iyun
Keşlə – Çelik 0:2