“Neftçi” növbəti transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, bakılılar Qana gənclər millisinin sabiq üzvü Kvame Amponsa Karikarini heyətinə qatıb. O, bu gün Türkiyədə paytaxt klubunun düşərgəsinə qoşulub.
26 yaşlı forvard son olaraq Qətərin "Əl-Arabi" klubunda çıxış edib. O, karyerası ərzində "İnternational Allies", AİK, "Deqerfors", "Balıkəsirspor", "Halmştad", "Hauqesund", "İrtış", "Stal" və "Əl-Marxiya" kimi komandalarda çıxış edib.
İstedadlı oyunçunun əsas problemi tez-tez klub dəyişməsidi. 1,90 metr boya sahib hücumçu başla əla oyunu və sürəti ilə seçilir. O, 11 nömrəli formanı geyinəcək.
“Neftçi”nin rəsmi saytı hələ bu transferlə bağlı xəbər yaymasa da, artıq klubun “Facebook” səhifəsində onun gəlişi ilə bağlı belə bir video paylaşılıb.