İngiltərə çempionu “Mançester Yunayted” komandadan ayrılacağı barədə xəbərlər dolaşan Maruan Fellaini ilə bağlı qərar verib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa nəhəngi Belçika yığmasının üzvünü heyətdə saxlayıb. Belə ki, “qırmızı-şeytanlar” 30 yaşlı futbolçu ilə 2+1 illik yeni müqavilə bağlayıb.
Belçikalı futbolçu 2013-cü ildən MY-də çıxış edirdi. O, bu dövrdə çıxdığı 156 oyunda 20 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub. Lakin geridə qalan mövsüm bitəndən bəri onun baş məşqçi Joze Mourinyonun planlarına daxil olmadığına, klubla yollarını ayıracağına dair xəbərlər dolaşırdı.