Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində bu gün keçirilmiş Fransa – Argentina matçının ən yaxşı oyunçusu müəyyənləşib. 

Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Fransa yığmasının hücumçusu Kilian Mbappe seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Fransa yığması bu oyunda 4:3 hesabıyla qalib gələrək ilk 1/4 finalçı olub. Mbappe isə 2 qol, 1 məhsuldar ötürmə ilə komandasının qələbəsində əsas pay sahiblərindən birinə çevrilib.

Shares: