Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində bu gün keçirilmiş Uruqvay – Portuqaliya matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Uruqvay yığmasının hücumçusu Edinson Kavani seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Uruqvay yığması bu oyunda 2:1 hesabıyla qalib gələrək ilk 1/4 finalçı olub. Komandasının hər iki qolunu Kavani vurub.