Futbol üzrə dünya çempionatlarının final mərhələsində alınmış sarı vərəqələrin sayı ürzə dünya rekordu qeydə alınıb. 

Futbolinfo.az xəbər verir ki, Rusiyada təşkil olunmuş DÇ-2018-in 1/8 final mərhləsinin Fransa – Argentina oyununda (4:3) argentinalı dayaq yarımmüdafiəçisi Xavyer Maskerano dünya çempionatlarının final mərhələsində keçirdiyi oyunlarda yeddinci dəfə sarı vərəqə ilə cəzalanaraq bu göstəricidə mütləq rekordçu olub. 

Əvvəlki rekord isə hərəyə 6 dəfə “sarı” görmüş fransız yarımmüdafiəçi Zinədin Zidan, meksikalı müdafiəçi Rafael Markes və braziliyalı cinah nüdafiəçisi Kafuya məxsus idi.

Shares: