“Neftçi” Anton Krivotsyukla müqavilənin müddətini artırıb. 

Futbolinfo.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı müdafiəçi ilə 2018/19 mövsümünün sonunda bitməli olan anlaşma daha 1 il müddətinə uzadılıb. Yeni müqaviləyə əsasən Krivotsyk 2019/20 mövsümünün sonunadək ağ-qara formanı geyinəcək.

U-21 milli komandamızın da üzvü olan futbolçu ötən mövsüm 30 oyunda meydana çıxıb.

Qeyd edək ki, bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov və Rəhman Hacıyevlə müqavilə yenilənmişdi.

Shares: