“Neftçi” Türkiyədəki təlim-məşq toplanışını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, komanda hazırlığın 10-cu günündə səhər məşqinə çıxıb. Fiziki və standart vəziyyətlər üzərində qurulan məşqdə bütün futbolçular iştirak ediblər. Günün hazırlığı axşam məşqi ilə başa çatacaq.
Xatırladaq ki, "Neftçi” sabah üçüncü yoxlama oyununa çıxacaq. Bosniya və Herseqovinanın "Çelik” klubu ilə görüş saat 17:00-da (Bakı vaxtı ilə 18:00) komandanın məskunlaşdığı "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında keçiriləcək.