"Kukesi”nin kapitanı Yuli Şameti "Qarabağ”la sabah Bakıda keçirəcəkləri matç ərəfəsində açıqlama verib.
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab qarşılaşmasında öncə Albaniya komandasının üzvü belə deyib: "Rəqib meydanında oynayacağıq. Bizi çətin oyun gözləyir. İlk oyunda yaxşı nəticə qazandığımızı düşünürəm. Bu dəfə daha artığına nail olmaq üçün əlimizdən gələni etməliyik. Ötən mövsümlə müqayisə etsək, "Qarabağ”ın əvvəlki səviyyədə deyil. Çempionlar Liqasının qrupunda çox güclü rəqiblərə qarşı inamla mübarizə aparmışdılar. "Atletiko”ya qarşı oyunları yada salmaq yetər. Bir neçə yaxşı futbolçunun getdiyi hiss olunur. Rəqibin heyətində kimisə fərqləndirmək istəməzdim. Qarşı tərəfə komanda şəklində qiymət vermək daha düzgündü”.