Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Keçirilən oyunlardan sonra 3-cü mərhələyə yüksələn 3 komandanın adı bəlli olub.
 
Öz meydanında "Hapoel"ə 5 cavabsız qolla qalib gələn Zaqreb "Dinamo"su bu dəfə rəqibi ilə İsraildə qarşılaşıb. İlk yarısında qapısında 2 qol görən Xorvatiya çempionu fasilədən sonra yenilgidən qaçıb – 2:2.
 
"Şerif" Makedoniyada 0:1 hesabı ilə uduzduğu "Şkendiya"nı öz meydanında qəbul edib. Moldova çempionunun səylərinə baxmayaraq, 90 dəqiqə ərzində qapılara qol vurulmayıb.
 
Slovakiyanın "Spartak" klubu isə "Legiya"nı qəbul edib. Trnava təmsilçisi Polşada keçirilən görüşdə 2:0 hesablı qələbə qazanmaqla böyük üstünlüyə malik idi. Cavab görüşü "Legiya"nın 1:0 hesablı qələbəsi ilə tamamlansa da, bu, ümumi qələbə üçün kifayət etməyib.
 
Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
“Hapoel” (Beer-Şeva, İsrail) – “Dinamo” (Zaqreb, Xorvatiya) 2:2
Qollar: Ogu, 14 (1:0), Stojanoviç, 34-avtoqol (2:0), Budimir, 49 (1:2), Hajroviç, 54 (2:2)
İlk oyun – 0:5
 
“Şerif” (Moldova) – “Şkendiya” (Makedoniya) 0:0
İlk oyun – 0:1
 
"Spartak” (Trnava, Slovakiya) – “Legiya” (Varşava, Polşa) 0:1
Qol: Astiz, 63
İlk oyun – 2:0
Shares: