Türkiyənin “Yeni Malatyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi hollandiyalı yarımmüdafiəçi Mitçell Donaldı heyətinə qatıb.

Son iş yeri Serbiyanın “Srvena Zvezda” klubu olan 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Karyerasına Hollandiya “Ayaks”ında başlayan Donald ölkəsində “Villem II” və “Roda” klublarının da formasını geyinib. Daha sonra Rusiyanın “Mordoviya” klubuna transfer olunan Surinam əsilli hollandiyalı “Srvena Zvezda”da 2015/16 mövsümündən çıxış edirdi. O, geridə qalan mövsümdə bu komanda ilə 37 rəsmi oyuna çıxıb, 7 qola imza atıb.

Shares: