Türkiyənin “Trabzonspor” klubu yeni transferini ictimaiyyətə təqdim edib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin formasını geyindiyi Super Liqa təmsilçisi seneqallı futbolçu Zarqo Tureni heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər 2+1 illik müqaviləyə imza atıblar. 28 yaşlı mərkəz müdafiəçisinin son klubu Fransa “Loryan”ı olub.
Turenin təqdimat mərasimində çıxış edən “Trabzonspor”un vitse-prezidenti Hayrettin Hacısalihoğlu böyük ehtimalla seneqallı futbolçunun sonuncu transfer olduğunu bəyan edib.