PSJ-nin futbolçusu Lassana Diara Fransa millisindəki karyerasını başa vurub.
Futbolinfo.az xəbər verir ki, bu barədə 33 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında deyib. Əslində çoxdan milli komandaya dəvət almayan futbolçu bu qərarını belə izah edib:
“Mənim üçün milli karyera çoxdan başa çatıb. İndi bütün diqqətimi PSJ ilə uğurlar qazanmağa yönəltmişəm. Bu komandadakı çıxışımdan razıyam. Amma bununla kifayətlənmək olmaz”.
Qeyd edək ki, Mali əsilli futbolçu Fransanın əsas milli komandasında 33 matçda iştirak edib. O, yığma ilə son oyununu 2016-cı ildə Kameruna qarşı keçirib.