Futbol üzrə İran çempionatında 6-cı turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar da növbəti matçlarına çıxıblar.

Təbrizi təmsil edən “Traktorsazi” ilə “Maşinsazi” bu turda bir-biri ilə üz-üzə gəlib. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, uelsli mütəxəssis Con Toşakın çalışdırdığı “traktorçular” doğma meydanda 2:1 hesabıyla üstün olublar.

6 turdan sonra 9 xala malik “Traktorsazi” 16 iştirakçı arasında 6-c, “Maşinsazi” isə 4 xalla 14-cü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp